!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anadolu Yayımçılar Federasiyası iki jurnalisti qınadı

!Reklam – Yazi

Anadolu Yayımçılar Federasiyasının (AYF) Etika Şurası türkiyəli jurnalistlər Fateh Altaylı və Can Ataklını qınayıb.

Yenicag.az xəbər verir ki, buna səbəb jurnalistlərin şəhid yaxınları və vətəndaşlar haqqında istifadə etdikləri sözlər olub.

Məsələ ilə bağlı açıqlama verən AYF Etika Şurasının sədri Həsən Yavuz Bakır sözügedən jurnalistlərin istifadə etdikləri sözlərin qəbul edilməz olduğunu vurğulayıb:

“Bu, media və ya söz azadlığı deyil. Toplumu bölmək, təhrik etmək, kin və nifrət toxumları əkmək cinayətdir. Birlik və bərabərliyin daha sıx tutulması lazım olan bu günlərdə skandal sözlərlə ictimai dəyərlərə, insan haqlarına zidd olaraq vətənin bütünlüyü üçün canını fəda edən qəhrəman hərbçilərimizin şərəfini alçaldacaq skandal açıqlamalar vermək, sözün əsl mənasında, hədsizlikdir.

Anadolu Yayımçılar Federasiyası Etika Şurası olaraq millətimizə, şəhid yaxınlarına qarşı təhqirə varacaq sözlər istifadə edən Fateh Altaylı və Can Ataklıya qınama cəzası verildiyini bildirmək istəyirik”.

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv