!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anadolu Yayımçılar Federasiyası təsis edildi

!Reklam – Yazi

Türkiyədə kommunikasiya və media sahəsində fəaliyyət göstərən ən effektli və güclü federasiya yaradıldı.

Yenicag.az xəbər verir ki, Anadolu Yayımçılar Dərnəyi ilə radio, televiziya, onlayn, rəqəmsal və çap mətbuatını təmsil edən 6 media orqanının iştirakı ilə Anadolu Yayımçılar Federasiyası təsis olunub.

Sinan Burhan

Yeni federasiyanın yaradılmasının məqsədləri haqda danışan qurumun rəhbəri Sinan Burhan bu çərçivədə dezinformasiya axınına qarşı mübarizənin aktuallığını önə çəkərək, media və QHT təmsilçilərinin qeyd olunan məsələdə bir arada olmalarının zəruriliyini bildirib.Onun sözlərinə görə, başqa sahələrdə olduğu kimi, kommunikasiya-media sektorunda da yerli və milli platformaların yaradılmasına ciddi ehtiyac var:

“Biz aydın mövqeyə malik, hər növ dezinformasiyaya, xarici medianın manipulyasiyalarına, yönləndirici yalan xəbərlərinə qarşı mübarizə aparan, həmçinin yerli mediamızda mümkün misinformasiyaların önündə dayanmağa çalışan bir qurum olacağıq.

Eyni zamanda, federasiyamız bu sektorun inkişafı və problemlərinin həlli üçün istər ölkə daxilində, istərsə də xaricdə geniş fəaliyyət göstərəcəyik. Bundan başqa, mövcud əlaqə və imkanlarımızdan yararlanaraq maraq doğuran sosial-mədəni mövzularla bağlı cəmiyyəti maarifləndirmək, media orqanları ilə birlikdə yayım, toplantı və səfərlərin təşkili də federasiyamızın fəaliyyət istiqamətlərinə daxildir.

Bu sektorun problemlərinə bələdik. Həmin problemlərin həll yollarının birlik və həmrəylik şəraitində tapılması üçün səlahiyyətli qurumlarla müzakirələr aparmaq, media orqanlarını fəal surətdə təmsil etmək, bir sözlə, səmərəli işlər görmək əsas hədəflərimiz sırasındadır. Yeni federasiyanın media cameəsinə xeyirli-uğurlu olmasını diləyirəm”.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv