!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA açıqlama YAYDI

!Reklam – Yazi

Bu il ərzində Kəlbəcər rayonunda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 1 105,19 ha ərazinin təmizlənməsi nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bunu Şəhərsalma İşçi Qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, cari ilin 8 ayında rayon üzrə 653,46 ha (59,1%) ərazinin minalardan təmizlənməsi həyata keçirilib.
N.Hümmətov qeyd edib ki, yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 983,71 ha ərazi minalardan təmizlənib.

O əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Prezidentinin 18.03.2021-ci il tarixli 1304 nömrəli Fərmanına əsasən, həmin dövrdən hazırkı dövrədək bütövlükdə Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 ha torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması komitə tərəfindən təmin edilib./report/

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv