Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ANAMA: Ermənilərin ərazilərimizə atdıqları top mərmisi, raket aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 14 müraciət daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş 14 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaradolaq, Hacılar kəndləri, Füzuli rayonunun Arayatlı, Alxanlı, Şükürbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc kəndi, Şah, Şıxarx, Narlıq qəsəbələri və Ş.İ.Xətai küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Loading...

www.yenicag.az

291
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100