!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA: "Kəlbəcərdə partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur"

!Reklam – Yazi

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində partlayan minanın tərkibində 7,5 kq partlayıcı maddə olur”.

“Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rafiq Cəbrayılov deyib.

O bildirib ki, hazırda ərazi minalarla çirklənib və çox təhlükəlidir:

“Tərəfimizdən əraziyə baxış keçirilib. Partlayış yerinin krateri yoxlanılaraq dəlillər götürülüb. İlkin ehtimala görə, ərazidə TM-62M tipli tank əleyhinə minanın partlayışı ola bilər. Ərazidən götürdüyümüz dəlillər də həmin TM-62M tipli tank əleyhinə minanın hissələrinə bənzəyir”.

“Onu da qeyd etmək istəyirəm ki, TM-62M tipli tank əleyhinə mina təzyiqlə işə düşür, tərkibində 7,5 kq partlayıcı maddə var. Hazırda ərazi mühafizə olunur”, – ANAMA əməkdaşı vurğulayb.

Xatırladaq ki, bu gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonunundakı mina partlayışlarının baş verdiyi əraziyə səfər edib.

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv