Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Anar Əsədlidən Zəngilan sakinlərinə ÇAĞIRIŞ - FOTO/VİDEO

Reklam: Sinerji Pro

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşmış Zəngilan sakinləri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə, Anar Əsədli vəkillərinin, komandasının və media nümayəndələrinin iştirakı ilə sakinlərinin bir qrupunun evində qonaq olub, qəsəbədə ev-ev gəzərək, seçicilərlə canlı ünsüyyət qurub, səmimi söhbət edib. Deputatlığa namizədin bu səmimiyyəti qarşılığında insanlar onu çox doğmalıqla qarşılayaraq, isti münasibət göstəriblər. Yaşlı nəslin nümayəndələri Anar Əsədlinin seçiciləri ilə canlı ünsiyyətdə olmasından şad olduqlarını, insanlarda güvən yaratdığını və xeyir duaları ilə birlikdə seçkilərdə səslərini ona verəcəklərini deyiblər. Deputatlığa namizədin uşaqlara qarşı həssas yanaşması xüsusi diqqət çəkib. Hətta onların səsvermə prosesində heç vaxt iştirak etməyən valideynləri belə bu səmimiyyətdən təsirlənərək bu dəfə səsvermədə iştirak edərək Anar Əsədliyə səs verəcəklərini vurğulayıblar.

Bu yola “İnanın, dəyişirik” sloqanı ilə başlayan deputatlığa namizəd seçki prosesinin şəffaflığına inanmağa səsləyib, bu dəfə hər şeyin müsbət yöndə dəyişəcəyini bildirib. Anar Əsədli çıxışı zamanı seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb. Belə ki, o, millətin vəkili seçiləcəyi təqdirdə, yeniləşən Milli Məclisdə dövlət və seçicilər arasında körpü olacağanı qeyd edib./Qaynarinfo/

Ötən gün baş tutan görüşdən video və fotoları təqdim edirik:

www.yenicag.az

499