!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anar Eyvazov: "Silah-sursat Azərbaycan SQ tərəfindən təhvil alınır"

!Reklam – Yazi

Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı əlaqə və sıx əməkdaşlıqla silahların, döyüş sursatlarının qəbul edilməsi prosesini həyata keçirir.

Yenicag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov lokal əks-terror tədbirləri keçirildiyi dövrlərdə tərkedilmiş və qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus döyüş mövqelərindən birində jurnalistlərə açıqlamasında deyib.

“Artıq kifayət qədər döyüş sursatı, döyüş texnikası və silahlar təcrid edilib. Burada olduğumuz müddətdə sizi onların bir qismi ilə də tanış edəcəyik. Eyni zamanda, hazırda burada Azərbaycanda səfərdə olan atteşələrin, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. Onlar da sözügedən silah-sursat və hərbi texnika ilə tanış olacaqlar. Qeyd edim ki, silahlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhvil alınır”, – Anar Eyvazov qeyd edib.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv