!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anasını öldürüb intihar görüntüsü yaratdı - RƏSMİ

!Reklam – Yazi

Baş Prokurorluq bu gün Xətai rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, ilkin olaraq hadisə intihar kimi qeydə alınıb:

“Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.

Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir”.

Qeyd edək ki, yeniyetmə anasını qətlə yetirdikdən sonra hüquq-mühafizə orqanlarına zəng edərək onun intihar etdiyini bildirib.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv