Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Android”lə işləyən qurğular təhlükə altındadır - XƏBƏRDARLIQ

Mütəxəssislər “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlarda “Bluetooth”dan istifadənin riskli olması barədə məlumat verib.

Yenicag.az xəbər verir ki, Almaniyanın “ERNW” kibertəhlükəsizlik agentliyi bu boşluğu aşkar edib.

Məlumata görə, haker “CVE-2020-0022” səhvinin köməyi ilə “Android”in idarəetməsi altında işləyən istənilən smartfona qoşula bilər. Bunun üçün cinayətkarlara konkret qurğunun “Bluetooth” MAC ünvanını öyrənmək lazımdır.

Hesabata əsasən, qurbanın smartfonu ilə əlaqə qurulduqdan sonra haker qurğuya virus proqramları quraşdıra və cihazı tam idarə edə bilər. Başqa istifadəçinin qurğusuna qoşulma fon rejimində baş verir və cinayətkara qoşulma üçün qurbanın təsdiqetməsi lazım deyil.

“ERNW” agentliyinin nümayəndəsi deyib ki, 2019-cu ilin noyabrında aşkar edilmiş boşluq haqqında dərhal “Google” şirkətinə məlumat verilib. Fevralda ABŞ şirkəti “Android”in aktual versiyaları üçün tövsiyə edilmiş təhlükəsizlik paketini çıxarıb. Mütəxəssislər bildiriblər ki, “Android 9”, “8” və daha əvvəlki sistemlərin istifadəçiləri təcili olaraq sistemi yeniləməlidirlər, “Android 10” versiyasının kodunda isə “CVE-2020-0022” boşluğu artıq aradan qaldırılıb.

www.yenicag.az

305
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100