!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Anidən alovlanan avtomobillər, ölümlə üzləşən sürücülər: "Bunun başlıca səbəbi..." - RƏY

!Reklam – Yazi

Ötən günlərdə Bakıda “Hyundai” və “Honda” markalı minik avtomobilllərinin mühərrik hissələri yanıb. Xoşbəxtlikdən hadisə baş verən an nəqliyyat vasitələrində heç kim olmadığından xəsarət alan olmayıb. Ümumiyyətlə, bu, ilk belə hadisə deyil. Avtomobillərin anidən alovlanması halları artıq adiləşib.

Bəs bunun kökündə duran səbəb nədir? Niyə maşınlar durduğu yerə alovlanır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında bildirib ki, avtomobillərə qeyri-zavod üsulunda müəyyən cihazların quraşdırılması onların anidən alovlanmasının başlıca səbəbidir.

O, sürücüləri diqqətli olmağa səsləyib:

“Bəzi sürücülər avtomobillərinə qeyri-zavod üsulunda müəyyən cihazlar və avadanlıqlar quraşdırırlar. Ən çox istifadə edilən belə qurğulardan biri ksenon lampalardır. Bu da sonradan ciddi problemlərə yol açır. Son zamanlar avtomobillərin qısaqapanma nəticəsində yanma halları da elə məhz bu səbəbdən baş verir.
Ona görə də sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinə uyğun olmayan elektrik cihazlarını quraşdırmamağı məsləhət görürük”.

Sadiq Cavadov

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv