!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara-Bakı BİRLİYİ: "Azərbaycanda olan Rusiya sevdalıları bilsinlər ki..." - MESAJ

!Reklam – Yazi

“Azərbaycanda ən təhlükəli məsələ ölkədə bir çox ölkənin agentlərinin olmasıdır”

Bu fikirləri Rusiyanın Ukraynadan sonrakı hədəfləri barədə danışan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Rusiya dövlət idarəçiliyinin fəlsəfəsi işğalçılıq, ərazilərin genişləndirilməsindən ibarətdir:

“Pyotrdan bəri Rusiyanın siyasətində dəyişiklik yoxdur. Baxmayaraq ki, dünyanın ərazisinə görə ən böyük ölkəsidir, təbii ehtiyatlarına görə yenə birincidir. Təəsüflər olsun ki, ölkənin idarə olunmasında işğal xəttini götürüblər. Ona görə də bunun acısını çəkmişik. Rusiyanın istər Moldovaya, Ukraynaya, Gürcüstana, Azərbaycana burun soxmasının səbəbi odur ki, mövcudluğunu saxlasın. Açıq şəkildə də deyirlər, bu ölkələr Rusiyanın təsir dairəsində olan ölkələrdir.

Azərbaycan Rusiya ilə qonşu ölkədir. Təbii ki, müəyyən dövrlərdə iqtisadi əməkdaşlıq edə bilər. Ancaq Azərbaycanda olan Rusiya sevdalıları dəqiq bilsinlər ki, Türkiyə olmasa, Rusiya Azərbaycanı “yeyər”.

Azərbaycanın Qarabağda ehtiyatla hərəkət etməsinə gəldikdə isə partiya sədri bunları deyib:

“Azərbaycan Qarabağda ona görə ehtiyatla hərəkət edir ki, Rusiya təhlükəlidir, obrazlı desək, şimal ayısı yaralı vəziyyətdədir. İnsanlarımızı aldatmalı deyilik. Azərbaycan Qarabağın hələ də işğal altında olan hissəsini çox çətinliklə geri qaytara biləcək. Yenə müharibə olacaq. Çünki dünya ədalətsizdir. Qərb proseslərə ikili standartlardan yanaşır.

Azərbaycanda ən təhlükəli məsələ ölkədə bir çox ölkənin agentlərinin olmasıdır. Buna görə də Azərbaycan ehtiyatlı olmalıdır. Kim Türkiyə ilə Azərbaycan ittifaqının əleyhinədirsə, onlar Azərbaycan xalqının düşmənləridir”.

Səxavət Məmməd

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv