!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara-İrəvan münasibətləri GÜNDƏMDƏ: Türkiyə Ermənistanla sərhədləri açır? - RƏY

!Reklam – Yazi

“Əgər Ermənistan normallaşma istəyirsə, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir”.

Bu fikri Türkiyədəki dağıdıcı zəlzələdən sonra Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşma mövzusunun gündəmə gəlməsini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhəd keçid məntəqəsinin açılması müvəqqəti bir haldır:

“Ermənistan Azərbaycana hərbi təcavüz etdikdən sonra Türkiyə Ermənistanla arasındakı sərhəd keçid məntəqəsinn birtərəfli bağlanması haqqında qərar verdi. Bundan sonra hər iki tərəfdən və beynəlxalq qurumlar tərəfindən təşəbbüslər olmuşdu.

Hətta Sürix pratokolları hazırlandı, ancaq Türkiyə buna getmədi. Türkiyə açıq şəkildə bildirdi ki, Azərbaycanın razılığı olmadan sərhədlər açılmayacaq.

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra baş verə bilər. Sülh müqaviləsi imzalanarsa, Türkiyə Ermənistanla iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Türkiyədəki faciədən sonra sözügedən sərhəd keçid məntəqəsinin qapıları açıldı. Humanitar yardımlar Türkiyəyə çatdırıldı. Bu, müvəqqəti bir haldır. Yolun açılması zəlzələ bölgəsinə humanitar yardımla əlaqədardır. Bu rəsmi yolun açılması anlamına gəlmir.

Ermənistan sülh müqaviləsi imzalamalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Əgər Ermənistan normallaşma istəyirsə, bunları etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv