!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara-İrəvan münasibətlərində Ermənistanın XOFU: "Türkiyə ilə əlaqələrdən buna görə qorxurlar ki..." - MÖVQE

!Reklam – Yazi

“Ermənistanda belə bir qorxu var ki, rəsmi Ankara ilə əlaqələr genişlənərsə, bu, qısa müddətdə onların iqtisadi və sosial baxımdan Türkiyənin təsiri altına düşməsi ilə nəticələnəcək”.

Bunu ermənipərəst politoloq Stanislav Torosovun İrəvanın Qərblə yanaşı, Türkiyə ilə də yaxın münasibət saxladığı, hətta gələcəkdə Ermənistanda ikinci dövlət dilinin türk dili olacağı və Ermənistan cəmiyyətinin buna necə reaksiya verəcəyindən danışan politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi sadəcə zaman məsələsidir:

“Artıq Türkiyə və Ermənistan sərhədində Ermənistan tərəfindən gömrük məntəqəsi quraşdırılır. Bu gün Türkiyədə minlərlə erməni əsilli əhali yaşayır. Onlara heç bir nifrət bəslənmir. Ermənistanda hansısa revanşist qüvvələr Türklərə qarşı nifrət yaymağa çalışsalar da, bu ölkədə sağlam düşünən insanlar da var. Həmin insanlar anlayır ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasının iqtisadi baxımdan Ermənistana çox faydası olacaq. Sadəcə Ermənistanda belə bir qorxu var ki, Türkiyə ilə əlaqələrin genişlənməsi qısa müddətdə onların iqtisadi və sosial baxımdan bu ölkənin təsiri altına düşməsi ilə nəticələnəcək. Ona görə belə bir fobiyadan irəli gələrək bu prosesi tədricən həyata keçirmək istəyirlər. Lakin bu əlaqələr gec-tez bərpa olunacaq və İrəvanda olan indiki hökumət də bunun marağındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv