!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara NATO-nun yeni baş katibindən zəmanət istəyir

!Reklam – Yazi

Ankara Stoltenberqi əvəz edəcək NATO-nun yeni baş katibindən alyans ölkələri arasında silah ixracına heç bir məhdudiyyət qoyulmayacağına dair zəmanət almaq niyyətindədir.

Yenicag.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə hakimiyyətinin NATO-nun yeni baş katibinin namizədliyini dəstəkləməsi müqabilində Stoltenberqi əvəz etmək arzusunu bildirən Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte qarşısında bir sıra tələbləri var. Türkiyə Ruttedən NATO-nun AB ilə tərəfdaşlıq sazişlərinə daxil ediləcəyinə dair vəd istəyir ki, bu da blok ölkələri arasında hərbi ixrac məhdudiyyətlərinin olmamasını təmin edəcək”, – məlumatda deyilir.

Nəşr iddia edir ki, Türkiyə rəsmiləri tələbləri ilə bağlı hələ də Rutte ilə əlaqə saxlamayıb.

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv