!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankara Ticarət Palatası Bakıya işgüzar səfər təşkil edəcək

!Reklam – Yazi

Ankara Ticarət Palatası (ATO) Bakıya işgüzar səfər təşkil edəcək.

Yenicag.az xəbər verir ki, 2-6 oktyabr tarixləri aralığında təşkil olunacaq səfərdə ATO-nun Yaradıcı Sənayelər və Markalaşma Xüsusi İxtisas Komissiyasının sədr müavini Rəcəb Qılınç və ATO sədrinin müavini Xəlil İbrahim Yılmaz da iştirak edəcəklər.

Səfər çərçivəsində müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Ankara Ticarət Palatasının ötən aylarda quruluşunun 100-cü ildönümü tamam olub. Qurumun ikinci yüzilliyi ilə bağlı yayımlanmış vizyon mətnində Ankara şəhərinin yaradıcı sənayelərin mərkəzi olacağı elan edilib.

Bu gün Ankarada 8 böyük animasiya studiyası, onlarla səs/effekt studiyası, yüzlərlə kreativ reklam agentliyi fəaliyyət göstərir ki, bu da paytaxtı həm də yaradıcı sənayenin mərkəzinə çevirib.

Səfərlə bağlı gözləntilərini açıqlayan Xəlil İbrahim Yılmaz iqtisadi artımı şərtləndirəcək yeni sektorların, fəaliyyət sahələrinin tanıdılmasının əsas məqsədləri olduğunu bildirib.

Komissiyanın sədri Berat Quzu bütün ölkələrdə yaradıcı industriya dövlət qurumlarının olduğunu qeyd edərək sözügedən sənayenin böyükhəcmli ticarət baxımından önəminə diqqət çəkib. O vurğulayıb ki, dünyada tələb-təklif balansı arasında uçurumun bu qədər geniş olduğu zamanda məhsulların və ya xidmətlərin fərqləndirilməsi üçün brendləşdirmənin qarşısı alına bilməz və insanlar da yaradıcı sənayeləri yaşamaqdan heç vaxt uzaq qala bilməzlər.

Daha ətraflı məlumat burada.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv