!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada Azərbaycan Günü keçirildi - FOTO

!Reklam – Yazi

1-10 sentyabr 2023-cü il tarixlərində Ankara şəhəri Etimesqut bələdiyyəsi tərəfindən təşkil edilmiş 25-ci Beynəlxalq Anadolu Günləri Mədəniyyət və İncəsənət Festivalının final günü çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin və Etimesqutla qardaşlaşmış şəhər olan Şirvan Şəhəri İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Yenicag.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, həmçinin Şirvan Şəhər Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən mədəni proqram nümayiş etdirilib, Azərbaycan mahnıları və milli rəqsləri ifa olunub.

Konsert proqramı Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı meydana toplaşmış minlərlə izləyici tərəfindən böyük maraq və coşğuyla qarşılanıb, Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə çevrilib. Festival çərçivəsində səfirlik tərəfindən qurulmuş Azərbaycan stendi də ziyarətçilərin böyük marağına səbəb olub, həmin gün stendi ziyarət edən şəxslərə milli şirniyyatlarımız təqdim olunub.

Mədəni proqramın ardınca səfir Rəşad Məmmədov tərəfindən Etimesqut bələdiyyəsinin sədri Ənvər Dəmirələ və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevaya xatirə hədiyyələri təqdim edilib.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv