Reklam: High Technic
hightechnic

Ankarada güclü partlayış baş verib-Foto

507e027aba8e9a794a8c53dabba9e40fTürkiyənin paytaxtı Ankarada sement zavodunda güclü partlayış baş verib.

Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə ağır xəsarət alıb. Hadisə Ankaranın Kazan rayonunda yerləşən “Bolu” Sement Zavodunda qeydə alınıb. Partlayışdan sonra yanğın baş verib. İlkin məlumata görə, qaynar sementin altında qalan zavodun direktor müavini Orxan Özər və daha iki yetkili şəxs hadisə yerində ölüb, 2 nəfər isə yaralanıb.

Kazan rayonun bələdiyyə sədri Loğman Ərtürk hadisənin texniki nasazlıq nəticəsində baş verdiyini, yanğının qısa müddətdə söndürüldüyünü bildirib.

www.yenicag.az

72