!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada panel müzakirəsi: "15 İyul və Media" - Aqil Ələsgər çıxış edəcək

!Reklam – Yazi

Anadolu Yayımçılar Dərnəyi (AYD) və Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin birgə təşkilatçılığı ilə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş “15 İyul və Media” paneli təşkil ediləcək.

Yenicag.az xəbər verir ki, Altındağ bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək panel Ulucanlar Həbsxana Muzeyində təşkil olunacaq.

Paneldə “Kanal D”nin Ankara nümayəndəsi Zəfər Şahin, “Akşam” qəzetinin Ankara nümayəndəsi Emin Pazarcı, “Kanal 7″nin Ankara təmsilçisi Mehmet Acer, “Akit” qəzetinin Ankara təmsilçisi Hacı Yakışıklı və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxış edəcək.

Panelin açılış nitqi AYD sədri Sinan Burhan və Altındağ bələdiyyəsinin sədri Asim Balcı tərəfindən söylənəcək.

Qeyd edək ki, panel iyulun 15-i, yerli saatla 10:00-da təşkil olunacaq.

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv