!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ankarada Şuşa mədəniyyət günləri" layihəsi başa çatdı - Fotolar

!Reklam – Yazi

13-14 noyabr tarixlərində gerçəkləşdirilən “Ankarada Şuşa mədəniyyət günləri” layihəsi konsert proqramı ilə başa çatdı. Ankaranın CSO “Tarih salonu” da baş tutan tədbirdə Azərbaycan və Türkiyə tərəfindən yüksək vəzifəli dövlət məmurları, rəsmiləri, ümumilikdə 800-ə yaxın qonaq iştirak edirdi.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov salamlama nitqində bu gecənin çox böyük əhəmiyyət daşıdığını, iki gün ərzində Ankarada gerçəkləşdirilən Şuşa mədəniyyəti günlərində Şuşanın ruhunun bu şəhərdə dolaşdığını söylədi.

Daha sonra Şuşada görülməkdə olan işlərlə bağlı video çarx nümayiş olundu.

Azərbaycanın yaradıcı heyətinin ifasında Qarabağ abu-havasını özündə yaşadan geniş musiqi proqramı təqdim edildi, Qarabağ milli geyimlərindən ibarət kolleksiya və şuşalı rəssamların rəsmləri sərgiləndi.

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv