!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada "Təbii fəlakət böhranının idarə edilməsində medianın rolu" adlı simpozium keçirildi - FOTO/VİDEO

!Reklam – Yazi

Türk İnternet Medya Birliyinin (TİMBİR) təşkilatçılığı, Türkiyənin Radio və Televziya Ali Şurasının (RTÜK) və “Birlik” Xəbər Agentliyinin dəstəyi ilə Ankarada “Təbii fəlakət böhranının idarə edilməsində medianın rolu” adlı simpozium təşkil edilib.

Yenicag.az xəbər verir ki, 14 ölkədən, Türkiyənin 81 şəhərindən iştirakçıların qatıldığı, “Media fərqinə vararsa, toplum da bilər”, “Təbii fəlakətləri xəbərləşdirmək”, “Təbii fəlakət – Risk və ilk yardım”, “Həmin anda xəbərçi olmaq” başlıqlarının müzakirə edildiyi simpoziumda millət vəkilləri Şəbnəm Bursalı, Lütfü Bayraqdar, Nail Çilər, RTÜK sədrinin müşaviri Orxan Qaradaş, TİMBİR sədri Süleyman Basa, Türkiyə Şəhər Şuraları və Ankara Şəhər Şurası sədri Xəlil İbrahim Yılmaz və digər rəsmi şəxslər iştirak ediblər.

TİMBİR sədri Süleyman Basa çıxış edərək belə bir simpozumun keçirilməsinin Türkiyədə baş verən dəhşətli zəlzələ fəlakətilə zəruri hal aldığını bildirib, burada internet mediaya diqqət çəkib, onun varlığının qavranılmaısnın uzun sürdüyünü qeyd edib.

Simpoziumda zəlzələ zamanı xəbərləşmə vasitələrinin xalq arasında yayğınlaşdırlması, bu yöndə maarifləndirmə işlərində internet medianın təsiri kimi məsələlər müzakirə edilərək bu istiqamətdə çalışmaların artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, simpoziumda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edib.

www.yenicag.az

1284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv