!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Anklavları Azərbaycana versəniz, artıq yox olmalısınız" - Oskanyan Paşinyana SƏSLƏNDİ

!Reklam – Yazi

Anklavları Azərbaycana versəniz, artıq getməlisiniz, olmamalısınız”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook-da canlı yayımda deyib. O bildirib ki, Nikol Paşinyanın səhvlər paradı davam edir.

Onun sözlərinə görə, Paşinyan Qranadada imzalanmış dördtərəfli bəyannamədən sonra “qəhrəmancasına” Ermənistan Respublikasının ərazi bütövlüyünün “qorunmasına” nail olduğunu bəyan edir.

“Siz “qəhrəmancasına” təsəvvür edirsiniz ki, biz nəsə etmişik, “uğur əldə etmisiz”, dünya ərazi bütövlüyümüzü tanıyıb… Siz ciddisiniz?” – Oskanyan Paşinyana səslənib.

Daha sonra o əlavə edib:

“Paşinyanın başa düşdüyü ərazi bütövlüyü bizim üçün qeyri-müəyyəndir. Orada qeyd olunan o rəqəmlər, kvadrat kilometrlər bu gün xalqımız üçün heç bir əhəmiyyət kəsb etmir. Ən azı bu gün Paşinyan xalqın qarşısında dayanıb, xalqın gözünə baxmalı və açıq şəkildə deməlidir ki, bu rəqəmlərə nə daxildir, anklavlar daxildir, ya yox?

Ətrafdakılar deyir ki, yoxdur, amma mətbuat konfransında dediniz ki, hə, onu da verirsiniz. Ərazi bütövlüyü dedikdə bunu nəzərdə tutursunuz? Ermənistan vətəndaşlarının Azərbaycandan keçərək  İran və Gürcüstana getməsi bizim ərazi bütövlüyümüz olacaqmı?”,- o, Paşinyandan soruşub.

Keçmiş xarici işlər naziri vurğulayıb ki, Nikol Paşinyanın müharibədəki məğlubiyyətdən və Qarabağın təslim olmasından sonra vəzifəsində qalmağa haqqı yoxdur.

“Əgər bütün bunlardan sonra Azərbaycana Qarabağdan sonra əlavə olaraq anklavları da versəniz, onda siz artıq mövcud olmayacaqsınız”, – Vardan Oskanyan qəzəblənib.

Xuraman Etibarlı

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv