!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ann İdalqo “QARA SİYAHI”DA: Paris meriyasında AXTARIŞ APARILIR

!Reklam – Yazi

Merin Taitiyə şübhəli səfəri səbəbindən Paris meriyasında axtarış aparılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, Paris polisi martın 5-də şəhər meri Ann İdalqonun 2023-cü ildə Fransız Polineziyasına səyahət xərcləri ilə bağlı araşdırma çərçivəsində meriyaya basqın edib.

Fransa Milli Maliyyə Prokurorluğu antikorrupsiya orqanlarının və Paris merinin siyasi əleyhdarlarının şikayətlərindən sonra 2023-cü ilin noyabrında İdalqonun səfəri ilə bağlı araşdırmaya başlayıb.

Rəsmi məqsəd Parisin ev sahibliyi edəcəyi 2024-cü il Yay Olimpiya Oyunlarının rəsmi proqramının hazırlanması üçün Fransa rəsmilərinin Taitiyə səfərini təşkil etmək olub. Ancaq sonda bu səfər İdalqonun iştirakı olmadan baş tutub.

İdalqo işgüzar səfər zamanı qızına da baş çəkib.

Paris merinin HƏMAS-ın İsrailə hücumundan sonra yaranan gərginlik fonunda səyahət etmək qərarı da tənqidlərə səbəb olub.

Fransada yaşayış səviyyəsinin ümumi artımı fonunda işgüzar səfərin baha olması da qəzəbi daha da artırıb.

Qeyd edək ki, İdalqo və Paris meriyasının digər beş məmurunun Cənubi Sakit okeana səfəri büdcəyə təxminən 60 min avroya başa gəlib.

Xuraman Etibarlı

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv