!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Annalena Berbok imicini DƏYİŞDİ - FOTO

!Reklam – Yazi

Annalena Berbok imicini dəyişib. 

Yenicag.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Nəşr yazır ki, Annalena Berbok nəhayət, imicini dəyişib.

Bild Almaniyanın xarici işlər naziri Annalena Berbokun makiyaj xərclərini hesablayıb. Məlum olub ki, xarici siyasət idarəsinin rəhbəri stilistə gündə 9 min avro xərcləyir.

Nəşr bildirir ki, vergi ödəyiciləri təkcə 2023-cü ilin birinci yarısında öz siyasətçiləri üçün bərbər, vizajist, fotoqraf, gözəllik ustası və stilistlərə yarım milyon avro ödəyiblər. Eyni zamanda, göstərilən məbləğə imic xidmətləri göstərən daimi işçilərin xərcləri daxil deyil.

Gözəlliyə ən çox pul xərcləyən Berbokdur. 2022-ci ildə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri onun imic xidmətlərinə 136,5 min avro xərcləyib. Onun stilisti gündə 8,925 avro sabit bir tariflə işləyir.

Konstitusiya hüquqşünası Kristian Hillqruber xərcləri “hüquqi cəhətdən şübhəli” və “siyasi baxımdan çirkin” adlandırıb:

“Federal hökumətə yaxşı olardı ki, ictimai əlaqələrdə zahiri görünüşə az fikir versin və xalqla ünsiyyətinin forma və məzmununa daha çox diqqət etsin”.

Annalena bütün dünyada gülünc ifadələri ilə tanınır. Onun linqvistik səhvləri müntəzəm olaraq bütün dünya ictimaiyyəti üçün istehza mənbəyinə çevrilib.

Xuraman Etibarlı

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv