!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antalya Diplomatiya Forumu: "Ən böyük uğur ondan ibarət oldu ki..."

!Reklam – Yazi

“Antalya Diplomatiya Forumunun təşkil olunmasına səbəb Münhen Təhlükəsizlik Konfransına alternativ yaratmaq idi. Forum Roma klubu, Davos klanına qarşı təşkil olunur”.

Bu fikirləri Türkiyədə təşkil olunan Antalya Diplomatiya Forumunun siyasi nəticələrini və önəmini şərh edən beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı forum çərçivəsində Rusiya ilə Ukrayna xarici işlər nazirlərinin bir araya gəlməsinin böyük əks-səda doğurduğunu qeyd edib:

“Budəfəki Forumun ən böyük uğuru ondan ibarət oldu ki, Rusiya ilə Ukraynanın xarici işlər nazirləri görüşdü. Bu, böyük səs gətirdi, dünya mediasının gündəminə oturdu. Digər tərəfdən, Əfqanıstanın “Taliban” hökumətinin nümayəndələrinin gəlməsi, onlarla görüşlərin keçirilməsi də maraqlı idi. Münasibətlərin normallaşması çərçivəsində Ermənistan xarici işlər nazirinin foruma qatılması, həmçinin Mövlud Çavuşoğlu ilə görüşməsi də önəmli idi”.

Aqil Bəkir

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv