!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antalya Diplomatiya Forumu: "Ərdoğan Rusiya-Ukrayna probleminin qarşılıqlı həllində maraqlıdır" - VİDEO

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən ARB24 kanalının “Gündəm” proqramında “Antalya Diplomatiya Forumu: Ərdoğan Rusiya-Ukrayna probleminin qarşılıqlı həllində maraqlıdır” mövzusunda sualları cavablandırıb.

Yenicag.az xəbər verir ki, forumda iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Antalya Diplomatiya Forumunu analitik təhlil edib.

“Bu forum 3000-dən çox iştirakçını əhatə edən, dünya liderlərinin, prezidentlərin, Baş nazirlərin, hökumət nümayəndələrinin, Beynəlxalq təşkilatların, ümumilikdə 75 ölkənin nümayəndəsinin iştirakı və bilavasitə Rusiya-Ukrayna münasibətləri ilə bağlı müzakirələrin böyük bir platforma olaraq keçirildiyi diplomatik məkandır. Yüksək səviyyədə 3 gün davam edən bu forumda bir çox istiqamətlərdəki mövzuların içərisində ən əsas və önəmli istiqamətlərdən biri də Rusiya-Ukrayna arasında mövcud münaqişə, eyni zamanda münaqişənin diplomatik yollarla həlli istiqamətində müzakirələr əsas predmetlərdən biri olub, – deyə deputat qeyd edib.

Deputatın Forum haqqında əlavə fikirlərini videodan izləyə bilərsiniz.

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv