Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Antalya turizm tarixində rekord qırdı

Türkiyənin ən önəmli gəlir mənbələrindən olan turizm sektorunda, dünyanın ən çox turist qarşılayan 3-cü şəhəri Antalya, 2019-cu ilin başlanğıcından bu yana qırdığı rekordları yeniləyib. Keçən il 13 milyon 642 min turistlə bütün tarixin ən çox turistini qəbul edən şəhərdə, ilin sonuna kimi bu göstəricini 16 milyona çatdırmaq hədəfə alınıb.

Yenicag.az xəbər verir ki, bu il ilk dəfə 10 may etibarilə 2 milyon turist sayını keçərək rekorda imza atan Antalya, 25 mayda yeni rekord qırıb.

Şəhər valisi Münir Qaraoğlu, sosial şəbəkədə etdiyi paylaşımlarda, 25 may şənbə günü Antalyaya hava yolu ilə gələn turist sayının 76 min 568 olduğunu açıqlayaraq, bütün tarixin may ayı üçün ən böyük rekorda imza atıldığını qeyd edib. Antalya Hava Limanı Mülki İdarə Əmirliyinin verdiyi məlumatlara görə, bu ilin yanvarın 1-dən mayın 26-dək gələn xarici turistlərin sayının 2 milyon 934 min 23 olduğu bildirilib. Ötən ilə nisbətən bu göstəricidə 20% artım qeydə alınıb. Mayın 1-dən 26-dək isə 1 milyon 408 min 115 turist gəlib. May ayının göstəricisi isə keçən ilə nisbətən 9% artıb./İqtisadiyyat/

www.yenicag.az

1186
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM