!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antalyada Lavrova Krım tatarları haqqında SUAL: “İndi də qadınları, deputatları oğurlayırsınız?”

!Reklam – Yazi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyənin Antalya şəhərində Ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşdən sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

Yenicag.az xəbər verir ki, Ukrayna İctimai Televiziyasının əməkdaşı öz sualında Sergey Lavrovun Rusiya ordusunun yeni işğal etdiyi ərazilərdə Krım tatarlarına qarşı repressiyalara başladığını bildirib.

Jurnalistin sözlərinə görə, 8 il əvvəl Krımı işğal edən Rusiya oradakı tatarlara qarşı siyasətini indi də Ukraynanın cənubunda davam etdirir. O bu illər ərzində Krım tatarlarının ciddi təzyiqlərlə üzləşdiklərini, həbs olunduqlarını xatırladıb. Jurnalist əlavə edib ki, Rusiya Ukraynada ələ keçirdiyi yeni ərazilərdə Krım tatarlarına qarşı repressiyaları gücləndirib:

“Dəqiq faktdır ki, Rusiya Zaporojye vilayət Sovetinin deputatı, etnik Krım tatarı olan qadını oğurlayıb. İndi də qadınları, deputatları oğurlayırsınız? Bu barədə nə deyərdiniz?”

Ukraynalı jurnalistin səsləndirdiyi fakt barəsində məlumatsız olduğunu deyən Lavrov Krım tatarlarına qarşı hər hansı diskriminasiyaya yol verildiyini, kimlərinsə oğurlandığını inkar etməyə çalışıb.

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv