!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antisanitariyanın hökm sürdüyü qəssab mağazası bağlandı

!Reklam – Yazi

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, daxil olan müraciət əsasında Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən Əsgərov Marif Salman oğluna məxsus ət satışı mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı mağazanın qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və antisanitar şəraitdə fəaliyyət göstərdiyi, həmçinin avtonom havalandırma sisteminin quraşdırılmadığı, təmizlik işlərinin aparılmadığı, kanalizasiya-drenaj sisteminin və ağzı kip zibil qablarının mövcud olmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib. Mağazanın fəaliyyəti məhdudlaşdırılıb və fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv