!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Antisemitizmin artması fonunda Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir" - “İsrael National News”

!Reklam – Yazi

Ermənistanda antisemitizmin artması fonunda Ermənistan-İran münasibətləri sürətlə inkişaf edir.

Yenicag.az xəbər verir ki, ingilisdilli “İsrael National News” xəbər nəşri Ermənistanda antisemitizmin artması ilə bağlı məqalə dərc edib.

Burada ölkədə baş vermiş bir neçə antisemit aktı təsvir edilir:

Noyabrın 15-də Ermənistanda yeganə sinaqoqun yandırılması;

Ölkənin silahlı qüvvələrinin keçmiş müşavirinin yəhudilərin öldürülməsində HƏMAS və Hizbullaha kömək edəcəyinə dair bəyanatı;

Bir qrup gənc neonasistin yanvarın 1-də stilizə edilmiş nasist bayraqları ilə İrəvan küçələrindən keçməsi.

Dekabrın 27-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfəri zamanı İrəvanın Tehran üçün böyük əhəmiyyət kəsb etdiyini bəyan edib.

Məqalədə qeyd olunur ki, antisemitizm səviyyəsi artdıqca, Ermənistan-İran münasibətləri getdikcə strateji xarakter alır.

Xuraman Etibarlı

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv