!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Antiterror əməliyyatlarının DƏQİQ VAXTI: “Ordumuz cəmi bir sutkada...” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Əminəm ki, müzəffər ordumuzun mərdliyi sayəsində cəmi birinci sutkanın sonunda ermənilər bütün yüksəkliklərdə ağ bayraq qaldıracaqlar”.

Bunu Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ilə bağlı gündəmi qiymətləndirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, indiki mərhələdə antiterror əməliyyatlarının keçirilməsi ilə bağlı Ermənistan tərəfinə mesajlar ötürülür:

“Prezident İlham Əliyev Laçına köçürülən vətəndaşlarımızla görüş zamanı, əlavə olaraq isə “Komando” briqadasının yaradılmasının “Qisas-3″ əməliyyatı üzərindən verdiyi mesajlar artıq lazım olan ünvana çatıb. Separatçı rejimin hazırkı fəaliyyətində panika müşahidə olunur. Qondarma qurum tabeliyində olan ermənilərin yeni mövqelər hazırlamaları məhz əməliyyat planlarımızın üzərinə atılan addımlardır.

Antiterror əməliyyatların keçirilməsinin dəqiq vaxtını separatçı rejimin fəaliyyəti təyin edəcək. Onlardan müsbət mesaj verəcəklərinə dair gözləntilərimiz var. Qarabağda yaşayan əhali artıq iki yerə bölünüb. Onlar ya Azərbaycanla yaşayacaqlarını, ya da gedəcəklərini anlayırlar. Yəni artıq bütün ümidləri ölüb. Xankəndidə mənzillərin satışa çıxarılmasının 60% artması məhz bunun göstəricisidir.

Hazırda separatçı rejimin tərkibində olan ermənilərin 3 seçimi var: Azərbaycana inteqrasiya etmək, Azərbaycandan çıxıb getmək, Azərbaycana qarşı döyüşmək. Birinci və ikinci variant hər birimiz üçün məqbuldur. Üçüncü variantı seçəcəkləri təqdirdə isə ordumuz hər zaman hazır vəziyyətdədir. Ordumuza qarşı güc gələ bilməyəcəklərini anlamalıdırlar.

Antiterror əməliyyatları PUA-larla, artilleriya nöqtə zərbələri, xüsusi təyinatlılarımızın xüsusi əməliyyatları çərçivəsində keçirilə bilər. Və əminəm ki, müzəffər ordumuzun mərdliyi sayəsində cəmi birinci sutkanın sonunda ermənilər bütün yüksəkliklərdə ağ bayraq qaldıracaqlar. Çünki erməniləri yaxşı tanıyırıq. Yalnız rus sülhməramlılarının və Fransanın arxasında gizlənərək cəsarətlənməyi bacarırlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv