!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AOT turnirinin açılış mərasiminin proqramı müəyyənləşdi

!Reklam – Yazi

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat (AOT) turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

Açılış mərasiminin bədii hissəsində isə “Talant şou” rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv