!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AP Gürcüstanın üzvlüyü ilə bağlı qərar verdi

!Reklam – Yazi

Avropa Parlamenti Avropa İttifaqı Şurasına Gürcüstana namizəd statusu verməyə çağırış edən qətnamənin lehinə səs verib. Bundan əlavə, Avropa Parlamenti Avropa İttifaqı Şurasını Ukrayna, Moldova və Bosniya və Herseqovinanın üzvlük danışıqlarına başlamağa çağırır.

Yenicag.az xəbər verir ki, Avropa Parlamentinin 468 üzvü qətnamənin lehinə, 99-u əleyhinə, 58-i isə bitərəf qalıb.

Aİ-nin genişlənməsinin kritik əhəmiyyəti ilə bağlı qətnamənin mətnində bunun Aİ üçün güclü geosiyasi alət və sülh və təhlükəsizliyə strateji sərmayə olduğu vurğulanıb.

Avropa Parlamentinin bəyanatına görə, avropalı parlamentarilər Avropa İttifaqı Şurasını dekabrın 14-15-də keçiriləcək iclasda Ukrayna və Moldova Respublikasının üzvlüyünə dair danışıqlara başlamaq barədə qərar qəbul etməyə çağırıblar. Hər hansı islahat addımı atıldığı halda, onlar həmçinin Bosniya və Herseqovina ilə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarına başlamağa və Gürcüstana namizəd statusu verməyə hazır olduqlarını bildiriblər./Trend/

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv