!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcı ilə sevgili olduğu deyilən Kamran Ağayev: "Oturub-durduğum müğənnilərin hamısı ilə..."

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisinin və “Keşlə”nin qapıçısı Kamran Ağayevin aparıcı, “W-trio” qrupunun keçmiş solisti Əminə Şirinqızı ilə sevgili olması barədə xəbər qarşı tərəfi özündən çıxarıb.

Yenicag.az-a açıqlama verən K. Ağayev Əminə ilə sevgili olmadığını bildirib:

“Məşqdən indi çıxmışam, xəbəri eşidib əsəbiləşdim. Mən tanıdığım Əminədirsə, onunla sevgili deyiləm, sadəcə aramızda dostluq münasibəti olub. Təkcə Əminə deyil, o qədər müğənnilərlə dostluq edirəm ki… Oturub hardasa bir stəkan say içirik, o dəqiqə həmin müğənniləri sevgili adı ilə yapışdırırlar mənə. O deməkdir ki, oturub-durduğum bu müğənnilərin hamısı ilə sevgiliyəm? Ayıbdır e, vallah ”.

Qeyd edək ki, Kamranın Əminə ilə sevgili olması xəbəri ölkə.az saytında yer alıb.

Cəvahir

www.yenicag.az

8410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv