!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcı Lalə ilə bağlı MARAQLI FAKT: 25 yaşı olanda...

!Reklam – Yazi

Aparıcı Lalə Mustafayeva özü ilə bağlı maraqlı fakt açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, 20 əvvəl Rusiyada keçirilən gözəllik yarışmasında qalib olduğunu bildirib.

Lalə 2002-ci ildə keçirilən yarışmadan sonra məşhurlaşdığını açıqlayıb:

“2002-ci ildə Rusiyada MDB ölkələri arasında gözəllik yarışmasına qaltıldım. Həmin müsabiqədə Ukrayna, Belorusiya, Qazaxıstan və digər ölkələrdən xanımlar iştirak edirdilər. Mən Azərbaycanı təmsil edirdim. “Xəzər gözəli” seçildim. Həmin vaxt müsabiqədə bədnam qonşularımızın da nümayəndəsi təmsil olunurdu. Səhnəyə çıxdım və və uca səslə dedim ki, mən qarabağlı qızıyam və “Qarabağ gözəli”yəm”.

Həmin vaxt 25 yaşı olduğunu deyən Lalə Bakıya qayıdandan sonra Kənan M.M-lə qarşılaşdığını və “Əsrin gözəli” klipinə çəkildiyini bildirib:

“Bakıya gələndə Kənanla qarşılaşdım və o, mənə dedi ki, Əlikram Bayramovun “Əsrin gözəli” adlı bir mahnısı var, gəl səni onun klipinə çəkək. Klipə çəkildim və həmin ekran işində Rusiyada keçirilən gözəllik yarışmasından görüntülər yer aldı. O klip bir gözəlin bir günlük həyatına həsr olunmuşdu. Həmin vaxt o klip şou aləmdə partlatdı və 20 ildir ki, “partlayır”. Hətta Əlikram Bayramov toylarda o mahnını oxuyanda hamı məni istəyirmiş ki, klipdəki o qız da gəlsin”.

Nehru

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv