!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcı müğənnini ƏSƏBİLƏŞDİRDİ - Canlı yayımda QARŞIDURMA

!Reklam – Yazi

Müğənni Kəmalə Qaramollayeva ilə aparıcı Cavid Gül arasında qarşıdurma yaşanıb.

Yenicag.az xəbər verir ki, buna səbəb aparıcının canlı yayımda Kəmaləyə estetik əməliyyat etdirməsi ilə bağlı verdiyi suallar səbəb olub.

Müğənninin “Məndə heç bir estetik yoxdur idmanla məşğulam, yeməyimə diqqət edirəm, düzgün həyat tərzi keçirirəm, pis vərdişlərdən uzağam” fikrinə cavab olaraq, Cavid ona, “Siz heç vaxt özünüzü tərifləməyi xoşlamırsız”, – deyə atmaca atıb:

“Sənin özünə qarşı bir neqativin var, bəlkə də hərdən güzgüdə özün-özünü görəndə əsəbiləşirsən”.

Bu sözlərdən inciyən Kəmalə qəzəbini gizlədə bilməyib:

“Mənim haqsızlığa qarşı neqativim var. Elə sual verərlər adama? Mən bura mahnı ifa etməyə gəlmişəm. Siz məni elə çək-çevirə saldız ki, özüm özümdən şübhələndim, sanki təbii gözəl olmazmış”.

Qarşı tərəf zarafat etdiyini deyərək, üzrxahlıq edib.

Nehru

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv