!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcı viza problemindən ŞİKAYƏTLƏNDİ: “Vəziyyət lap ağlamalıdır”

!Reklam – Yazi

“Yay istirahəti, məzuniyyət dövrü başladığından xaricə gedənlərin viza problemləri yenə də aktuallaşıb. Hər il belə olur, amma bu dəfə vəziyyət lap ağlamalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri tanınmış aparıcı və səyyah Mir Səməd səsləndirib.

O, Avropa ölkələrinin Şengen vizasını almaq üçün səyahətçilərin əziyyət çəkdiyini bildirib:

“Əsasən Avropa ölkələrinin Şengen vizasını almaq üçün səyahətçilər min bir əziyyətlə qarşılaşırlar. Növbəyə yazılmağın özü bir cəhənnəm əzabıdır.

Yaxın qohumum, axşam saat 17:00-dan bütün gecəni ayaq üstə dayanıb ki, ertəsi gün saat 10:00-a sənədlərini viza mərkəzinə versin.

Adam növbədə dayanır, növbə çatanda deyirlər ki, sistem doldu, başqa vaxt gəlin.

Avropaya səfər etmək üçün bir neçə viza mərkəzi mövcuddur. Hamısında da eyni problemlər… Nədir bunun səbəbi…? Qəsdənmi belə edirlər? Bu ölkələrin nümayəndələri ilə danışıb, vətəndaşlarımıza daha normal şərait yaratmaq olmazmı?”.

 Cəvahir

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv