!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcıları ittiham edən Mətanətə Mikayıldan CAVAB: “Lap zəng edib…”

!Reklam – Yazi

Müğənni Mətanət Əsədovanın “Baxıram ki, aparıcılar oxuya bilməyəni oxutdururlar, oxuya bilənə isə sual verirlər” fikirləri aparıcılar tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Mikayıl Güləddinoğlu Mətanət Əsədovanın bu iradının ona qətiyyən aid olmadığını deyib:

“Mən bu fikirləri bir aparıcı olaraq qətiyyən özümə şamil etmirəm. Çünki musiqidən yetərincə anlayışım var və verilişlərimə dəvət etdiyim sənətkarlara da hər zaman hörmət etmişəm. Yüz faiz əminliklə deyirəm ki, Mətanət məni nəzərdə tutmaz. Lap zəng edib özündən də soruşa bilərsiz”.

O, sənətçinin bu fikirləri səsləndirərkən peşəkarları deyil, qeyri-peşəkarları nəzərdə tutduğunu və haqlı irad olduğunu bildirib:

“Mətanət Əsədova bu fikirləri səsləndirərkən yəqin ki, peşəkarları deyil, qeyri-peşəkarı nəzərdə tutub. Hansı ki, aparıcı verilişinə dəvət etdiyi sənətkara dəyəri qədər dəyər vermir, həmsöhbət ola bilmir, dialoq qurmağı bacarmır, bir sözlə, musiqidən anlayışsızdır. Baxırsan, şou verilişinin aparıcısıdır, amma musiqidən xəbəri yoxdur. Azərbaycan bəstəkarlarını tanımır, milli musiqimizdən xəbəri yoxdur, qulaq yaddaşımızda olan mahnıları bilmir. Belə məqamda, əlbəttə, Mətanət Əsədova haqlıdır və haqlı olaraq da belə aparıcılara irad bildirə bilər”.

Qeyd edək ki, Mətanət Əsədova efirdə aparıcıları savadsızlıqda ittiham edib:

“Elə aparıcı var ki, musiqidən bixəbərdir. Amma adı aparıcıdır. Aparıcı hər şeyi bilməlidir. Anlamalısan ki, ona nə sual verəcəksən. Əgər qonağın Mətanətdirsə, onu oxut, sual vermə. Reytinq bununla olacaq. Baxıram ki, sual verirlər, mən də çəkilirəm kənara. Baxıram ki, oxuya bilməyəni oxutdururlar, oxuya bilənə isə sual verirlər”.

Cəvahir

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv