!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aparıcıların şəxsi həyta müdaxiləsinə SƏRT ETİRAZ: “O müğənninin bəlkə elə bir sirri var ki...”

!Reklam – Yazi

“Mətanət xanım düz deyir, aparıcı efirdə qonağı ilə etik çərçivədə davranmalıdır”.

Bu sözləri Əməkdar artist, tanınmış müğənni Mətanət İsgəndərlinin aparıcılara qəzəblənərək “Sənət adamlarının yalnız sənəti ilə maraqlanmaq lazımdır. Biz sənətçilər xalqa məxsusuq. Şəxsi həyatımız heç kimə maraqlı olmamalıdır” fikrinə münasibət bildirən Xalq artisti Ofeliya Sənani Yenicag.az-a açıqlamasında deyib.

Korifey diktor aparıcıların milyonlarla izləyicilər qarşısında hansısa sənət adamının şəxsi həyatını “qurdalaması”na qarşı çıxıb:

“Təəssüflər olsun ki, indi bəzi aparıcılar savadsız, təcrübəsiz olduqlarından, qonaqla davranışlarında qeyri-etik davranışa yol verirlər. Qonağın şəxsi həyatı, həyat yoldaşı, sevgilisi və digər gizlinləri barədə onlara suallar ünvanlayırlar.

Bu şəxs sənət adamıdırsa, ona sənəti və yaradıcılığı barədə suallar ver, yenilikləri ilə maraqlan, şərait yarat, musiqilərini ifa etsin. Amma dərhal şəxsi xarakterli suallara keçirlər. Aydın məsələdir ki, bunu reytinq xatirinə edirlər. Əlbəttə, bu, düzgün deyil, belə şeyləri qəbul edə bilmirəm. Əksinə, aparıcı verilişinə dəvət etdiyi qonağı qorumalı, ona hörmətlə yanamalı, aşağılamamalıdır. Mətanət xanım düz deyir, aparıcı efirdə qonağı ilə etik çərçivədə davranmalıdır. Bəlkə müğənni, aktrisa, yaxud da digər sənət adamının elə bir sirri var ki, onun açılmasını istəmir. Aparıcı niyə onun özəlinə müdaxilə etməlidir? Olmaz, ayıbdır”.

Cəvahir

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv