!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

APL: Bu gün XIV tura yekun vurulacaq

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, son gündə iki oyun keçiriləcək.

Meydançaya ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək. Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt” aradakı xal fərqini 3-ə endirəcək.

Premyer Liqa
XIV tur
26 noyabr (bazar)

15:30. “Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi Arena”

18:00. “Sumqayıt”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 14 9 2 3 33-13 29
2 Zirə 13 8 3 2 13-7 27
3 Səbail 14 6 4 4 22-21 22
4 Sumqayıt 13 6 3 4 14-14 21
5 Araz-Naxçıvan 13 6 2 5 15-14 20
6 Neftçi 13 5 3 5 14-12 18
7 Sabah 14 4 4 6 19-19 16
8 Turan Tovuz 14 4 3 7 21-22 15
9 Qəbələ 14 3 2 9 11-23 11
10 Kəpəz 14 2 4 8 7-24 10

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 10 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol, Pedro Nuno (“Səbail”) – 5 qol.

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv