!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Apple"dan qan şəkəri ölçmə texnologiyasında inqilab - MİLYARD DOLLARLIQ SEKTOR ALT-ÜST OLA BİLƏR

!Reklam – Yazi

ABŞ-nin “Apple” şirkətinin qan şəkərinin ölçülməsi texnologiyası üzrə “Apple Watch “modellərində çoxdan işlədiyi məlumdur. Texnologiya nəhəngi bu mövzuda böyük bir irəliləyiş əldə edib.

Yenicag.az  xəbər verir ki, Apple-ın irəliləyişi, həcmi milyardlarla dollar olan qan şəkəri ölçmə cihazları sektorunu alt-üst edə bilər.

5 ilədək dəyişməz 14,5 faizdən zaminsiz, komissiyasız 40 000 manatadək kredit

Hazırda 10 amerikalıdan 1-i diabetdir və tez-tez qan nümunələri almaq üçün dərini deşən bir cihazdan istifadə edir.

“Apple” fərqli bir yanaşma tətbiq edir. Tətbiq olunan sistem ilə, lazerlər dərinin altında bir əraziyə işıq salır, daha sonra işıq qlükoza konsentrasiyasını göstərmək üçün sensora əks olunur. Bundan sonra bir alqoritm insanın qan şəkərinin səviyyəsini müəyyənləşdirir.

Son on ildə şirkət, insanın qan şəkərini ölçmək üçün yüzlərlə texnologiyasını sınaqdan keçirib.

Gizli layihə 12 ildir davam edir. Məsələnə yaxın mənbələrə görə, “Apple”ın yeni sistemi etibarlı olaraq qəbul edilir.

Şirkət texnologiyanı tətbiq etməyin mümkün olduğunu düşünür, lakin cihaz daha praktik bir ölçüyə endirilməlidir. Mühəndislər cihazı hazırlamaq üçün çalışırlar.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv