!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Apple"ın dişlənmiş alma loqosunun əsl tarixçəsi: "Ölümü daha üstün tutdu..."

!Reklam – Yazi

Dünya brendi “Apple”ın dişlənmiş alma loqosunun əslində hansı sirri daşıdığı bəlli olub.

Yenicag.az xəbər verir ki, şirkətin loqosunu tarixi İkinci Dünya Müharibəsi ilə bağlıdır.

Belə ki, elm xadimi Alan Turinq tərəfindən Almanların “eniqma” adını verdiyi şifrələmə metodu aşkar edilincə, Alman qoşunlarının gizli əməliyyatlar həyata keçirilməsinin qarşısı alındı.

Ancaq müharibə davam etdiyi sırada, dahi riyaziyyatçı Turinq universitetdəki otağında eynicinsli tələbəsi ilə tutulur. Dövrün İngiltərə qanunlarına görə əkscinsəllik bir günah idi və alimə iki seçim verildi. İlk seçim onun həbs edilməsi, digər seçim isə xüsusi dərmanların istifadəsi ilə xədimləşdirilmək idi. Hər iki seçimi ölümdən daha acı qiymətləndirən alim, bir almanın içinə zəhər qataraq özünü öldürür.

Bundan sonra Turinqin cəsədinin yanında dişlənmiş alma görülür. Elə bundan sonra, hadisədən təsirlənən “Maçintoş” firması dahi riyaziyyatşının intihar almasını öz şirkətləri üçün loqo etmək qərarını aldığı iddia edilir.

Lakin şirkət rəhbərləri bu iddia ilə bağlı səssizliyini hələ də qoruyur.

Həşim Səhrablı 

www.yenicag.az

2670
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv