!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Apteklərdə dərmanları niyə tapa bilmirik? - Əvəzedici dərman almaq olar? - VİDEO

!Reklam – Yazi

Vətəndaşlar bəzən həkimlərin yazdığı dərmanları tapmaqda çətinlik çəkirlər. Əczaçılar belə hallarda pasiyentlərə tərkibi eyni olan əvəzedici preparatlar təklif edirlər.

Həmin əvəzediciləri isə bir çoxları almaqdan imtina edir. Onlar düşünür ki, məhz həkimlərin yazdığı dərmanlar daha keyfiyyətlidir.

Həkim-terapevt Mətanət Cəfərova bildirir ki, hazırda pasiyentlərin üzləşdiyi problemlərdən biri də tapılmayan dərmanlar və onların alternativlərinin əldə edilməsidir:

“Bəzi hallarda dərmanların əvəzedicisindən istifadə etmək mümkündür, lakin bu zaman diqqət edilməli olan məqamlar var. Birincisi, əczaçı peşəkar olmalıdır ki, dərmanın doğru alternativini verə bilsin. Əgər təklif olunan alternativ tərkib olaraq eynidirsə və dozası yetərlidirsə, bu zaman problem olmadan dərmanı tövsiyyə edən həkimə bildirərək dərmanı dəyişə bilərlər. Bəzi dərmanlar keyfiyyətsiz olduğu üçün dərman daha az effekt göstərir. Ağır xəstəliyi olanlar isə bu mövzuda daha diqqətli olmalıdır. Xüsusən hormonal, qan durulducular, antibiotik, ürək və qan damar sistemi üçün nəzərdə tutulan preparatlar alınarkən xüsusi diqqət göstərilməlidir. Əks halda müalicə müsbət təsir vermək yerinə fəsadlar törədə bilər.”

Qeyd edək ki qızdırma, soyuqdəymə, yüngül baş ağrıları üçün istifadə olunan dərmanların satışı reseptsiz həyata keçirilir. Həkim həmin dərmanların da əvəzedicisini alarkən diqqətli olmağı tövsiyyə edir.

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv