!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aqil Abbasın Qədir Rüstəmovla SON GÖRÜŞÜ: “Bərkdən qulağına qışqırdım ki...”

!Reklam – Yazi

“Baş həkim məndən soruşdu ki, bu adam kimdir, prezident, nazirlər onunla maraqlanır?”

Yenicag.az xəbər verir ki, bu sözləri “O üz” verilişində mərhum Xalq artisti Qədir Rüstəmov haqqında danışan millət vəkil Aqil Abbas deyib.

Millət vəkili xanəndə ilə son görüşünü də xatırlayıb:

“Türkiyədə xəstəxanada komada olan Qədirin yanına getdim. İçəri girəndə gördüm Qədir yoxdur, gedir. Özümü saxlaya bilmədim, bərkdən qulağına qışqırdım ki, Qədir Ağdam alınıdı. İstədim, bu dünyadan rahat getsin. Çıxdım bayıra başladım hönkürməyə.

Sonra həkim mənə dedi ki, bu sözlərdən sonra Qədir Rüstəmov reaksiya verdi. Ardınca baş həkim məndən soruşdu ki, bu adam kimdir, prezident, nazirlər onunla maraqlanır” Dedim, sizdə Zəki Müren kimdirsə, bizdə də Qədir Rüstəmov odur. Həkim dedi ki, nə Zəki Müren, bu ayrı səsdir. Bu səs qeybdən gəlir”.

Nehru

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv