!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər Almaniyada “Türk Dünyası Mediasına Xidmət” mükafatına layiq görüldü - FOTOLAR

!Reklam – Yazi

Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirildi.

Yenicag.az xəbər verir ki, 100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Türkiyənin Düsseldorf şəhərindəki Baş konsulu Ali İhsan İzbul, TÜRKSOY baş katibinin müavini Yusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müavini Zəfər Sırakaya, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ali Öztunc, Avropa İş Adamları və Sənayeçilər Dərnəyinin rəhbəri Əziz Sarıyar, Almaniyanın Bremen şəhərindən seçilmiş deputat Oğuzhan Yazıçı, “EkoAvrasiya” Dərnəyinin sədri Hikmət Ərən, Niderland Türkevi İcmasının sədri Veyis Güngör, Türk Birliyi və Həmrəyliyi Dərnəyinin sədri Güvən Arıklı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Aqil Ələsgər və digər tanınmış şəxslərin qatıldığı Zirvədə Avropadakı türk mediasının perspektivləri müzakirə olundu.

Tədbirin təşkilatçısı, Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş özünün açılış nitqində Zirvənin təşkilində əsas hədəflərini bəyan etdi:

“Media Zirvəsinin məqsədi Avropada türk mediasını bir araya gətirmək, illərdən bəri həllini gözləyən problemləri birlikdə çözməkdir”.

Proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə “Türk Dünyası Mediasına Xidmət” Ödülü ilə mükafatlandırıldı.

Mükafatlananlar arasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və “Report” İnformasiya Agentliyi də var.

“Türk Dünyası Mediasına Xidmət” Ödülü təqdim edilən Aqil Ələsgər Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaşa üzərində “Xarı bülbül” təsviri olan hədiyyə ilə qarşılıq verərək, göstərilən diqqət üçün təşəkkürünü bu sözlərlə bildirib:

““Xarı bülbül” türkün son böyük zəfərinin simgəsidir. Azərbaycan ilə Türkiyənin bir bədəndə can olması ilə dünən xəyal olanlar bu gün gerçəyə döndü”.

Zirvənin yekununda xatirə fotoşəkli çəkdirilib.

 

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv