!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqrar sığorta PROBLEMİ: "Fermerlər bu sistemdə maraqlı deyillər, çünki..."

!Reklam – Yazi

“Fermerin qazandığı məbləğ sığortanın ödənilməsi üçün yetərli olmur”.

Bunu aqrar sığorta sahəsindəki mövcud problemlər haqqında danışan ekspert Elçin Bayramlı Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, problemləri aradan qaldırmaq üçün dünya praktikasına müraciət etməli, mövcud risklər və real vəziyyət düzgün qiymətləndirilməlidir:

“Kənd təsərrüfatında ən böyük problemlərdən biri aqrar sığortayla bağlıdır. Əksər fermerlər öz təsərrüfatlarını inkişaf etdirmək üçün çox zaman kreditə baş vururlar. Elə bir məqam yetişir ki, təbiət hadisələri və ya iqlim dəyişikliyi səbəbindən fermer təsərrüfatına ziyan dəyir. Nəticədə həm fermerin özünə, həm də ölkə təsərrüfatı zərər görür. Belə hallarda dəyən zərəri qarşılamaq üçün aqrar sığorta sistemi köməyə çatmalıdır. Uzun müddətdir ki, bu təminatlı sistem haqqında müzakirələr aparır, dünya təcrübəsindən nümunələr çəkir və bu sistemin təşkili üçün çağırışlar edirdik. Nəticədə son illərdə ölkədə bu sistem üzrə formal xarakterli işlər görülməyə başlandı. Buna baxmayaraq, demək olar ki, bu addımlar effektiv olmadı. Nəticə etibarilə fermerlər bu sistemdə maraqlı deyillər. Çünki təqdim olunan şərtlər fermerlər üçün çox ağırdır. Şirkətlər bunun səbəbini mövcud riskləri bəhanə gətirərək izah edirlər.

Ölkədəysə, bu şərtlərə cavab verən təsərrüfatlar yox dərəcəsindədir. Həmin şərtləri təmin etmək, demək olar ki, sahibkarlar üçün mümkün deyil. Həmçinin sığorta qiymətləri adekvat deyil, faizlər çox yüksəkdir. Fermerin qazandığı məbləğ sığortanın ödənilməsi üçün yetrəli olmur. Şirkətlərin nəticə hesabatlarına nəzər salsaq, ödənilən məbləğ verilən kompensasiya ilə müqayisədə daha çoxdur. Ayrıca, qeyd etmək lazımdır ki, şirkətlər məbləğin ödənilməsi zamanı bəhanələr yaradır. Belə olduğu təqdirdə, bu sistem fermerlər üçün cəlbedici görünmür. Hazırkı dövrdə Kənd Təsərrüfatı Nazirliyi və sığorta şirkətləri sistemi düzgün qura bilmədilər. Bütün bu işlər düzgün təşkil edilməsə, aqrar sığortanın təminatlı inkişafından söhbət gedə bilməz. Sistemin sərfəli xarakter alması üçün dünya təcrübəsinə müraciət etmək lazımdır. Bunun üçün də şərtlər yüngülləşdirilməli, faizlər azaldılmalıdır. Mövcud risklər və real vəziyyət düzgün qiymətləndirilməlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv