!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqressiv meymun sahibini GİROV GÖTÜRDÜ - FOTO/VİDEO

!Reklam – Yazi

Rusiyada aqressiv meymun sahibini girov götürüb.

Yenicag.az xəbər verir ki, Moskvada Yasenevaya küçəsindəki evdə saxlanılan balaca meymun Masya insanları dişləməyə və üzərinə tullanmağa başlayıb.

Hadisə ev sahibi evdə olmayanda baş verib. Meymun evdən çıxa bilib, girişdə dayanaraq qonşuların yolunu kəsib.

Masya sahibinin qohumu problemi həll etməyə çalışıb, lakin meymun onu dişləyib və boynuna çıxıb.

Meymun kişinin boynundan düşməkdən imtina edib və heç kimi ona yaxın buraxmayıb. Sahibi xilasediciləri çağırılmalı olub.

Xilasedicilər şirniyyatların köməyi ilə problemi həll edib və meymunu qəfəsə sala biliblər.

Xuraman Etibarlı

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv