!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Aqroturizmin inkişafı: "Ucqar kəndlərdə yaşayan insanlar turistləri...” - ŞƏRH

!Reklam – Yazi

“Bu addımlar yeni məşğulluq məsələlərinə də müsbət təsir göstərmiş olacaq”.

Bu sözləri ölkədə aqroturizmin inkişafı yönümündə görülə biləcək işlərə münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

 

O həmçinin qeyd edib ki, atılacaq addımlar sayəsində ölkənin brendini formalaşdıra və milli adət-ənənələrimizi dünyaya daha da tanıda bilərik.

“Ümumiyyətlə, aqroturizmin ölkədə böyük perspektivləri mövcuddur və bu turizm növünün də inkişaf imkanları böyükdür. Belə ki, biz qonşu ölkələrin təcrübələrinə nəzər salsaq, aqroturizmin inkişafı üçün həm mətbəx adət-ənənələri, həm də bu turizmin təşkil olunduğu məkanlarda təbii-coğrafi şəraitin mövcud olduğunu görərik.

Eyni cür şəraitlə ölkəmizdə də qarşılaşmaq olar. Bunun üçün sadəcə həm dövlət, həm də sahibkarlığın inkişafı üçün dəstəkçi fondların maarifləndirmə işləri aparması lazımdır.

Mövzuya bu cür yanaşaq: aqroturizm əslində nədir? Sadə dillə desək, tutaq ki, kənd yerində kimlərsə öz həyətində təndir çörəyi bişirir, kimlərsə kulinariyamıza məxsus yemək və təamlar hazırlayır və yaxud kimlərsə qədim peşə növlərimizə aid sənətkarlıq nümunələri hazırlayır və s. Bu bölgələrə səfər edən turistlər prosesləri yaxından izləyir və hətta bu proseslərdə iştirak edirlər.

Sözsüz ki, bizdə geniş kulinariya və milli adət-ənənələr mövcuddur. Bununla yanaşı, istirahət məqsədilə regionlarımızın təbii şəraiti, mənzərəli kənd yerləri var. Bu imkanlar sayəsində adıçəkilən turizm imkanlarını rahat şəkildə inkişaf etdirmək olar. Bununla da turistlərin marağını cəlb etmək olar. Bundan əlavə, qeyd etmək mümkündür ki, bu addımlar yeni məşğulluq məsələlərinə də müsbət təsir göstərmiş olacaq. Çünki ucqar kəndlərdə yaşayan insanlar gələn turistləri qəbul edərək həm gəlir əldə edə bilər, həm də bir növ bizneslə məşğul olmuş olarlar.

Eyni zamanda bu yeniliklər digər sektorların inkişafına əhəmiyyətli təsir etmiş olar. Düşünürəm ki, bununla bağlı aparılan işlər müsbət nəticə verməlidir. Çünki bəzi hallarda ölkəyə gələn turistlər təbii şərait və otellərin olmasına baxmayaraq əyləncə şəraitlərinin məhdudluğu ilə bağlı şikayətlənirlər. Bu baxımdan əlbəttə ki, turistlərin marağını cəlb etmək lazımdır. Beləliklə də, atılan addımlar sayəsində ölkənin brendini yaratmaqla yanaşı, milli adət-ənənələrimizi də dünyaya tanıtmaq yönümündə işlər görmüş olarıq”.

Yusif Səmədzadə

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv