!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AQTA-dan plantain məhsulunun ölkəyə gətirilməsi ilə bağlı açıqlama

!Reklam – Yazi

Banan və plantain daha çox tropik ölkələrdə yetişdirilən dadına və qida dəyərinə görə əhəmiyyətli meyvələrdəndir.

Qida Təhlükəsizliyi Agentliyin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a ünvanlanan materialda həmin meyvələrə müqayisəli şəkildə nəzər salınır.

Plantain və banan arasındakı əsas oxşarlıq onların xarici görünüşü – rəngləri (sarı və ya yaşıl olmaları) ilə bağlıdır. Bundan əlavə, həm plantain, həm də banan maqnezium və C vitamini ilə zəngindir. Hər iki meyvə lif baxımından da zəngin olduğundan doyurucu xüsusiyyətə malikdir. Enerji artırıcı meyvə kimi, xüsusilə iştahasızlıq halında, bədənin enerjisinin artması üçün həmin meyvələrdən istifadə oluna bilər. Tərkibində kalium olduğuna görə ürəyə, az miqdarda duz olduğuna görə isə qan təzyiqinin tənzimlənməsinə yaxşı təsir edir. Lakin bu məhsulların normadan artıq qəbulu qəbizliyə gətirib çıxa bilər.

Bəs bir-birinə çox bənzəyən bu iki meyvənin fərqi nədədir?

Banan meyvələri qövsvari formadadır, yetişməmiş yığılır və yetişdikcə həm şirinləşir, həm də qabığı asanlıqla soyulur. Banan bitkisinin sarı rəngli meyvələri daha çox yayılsa da, qırmızı, çəhrayı, hətta bənövşəyi rəngdə növləri də mövcuddur.

Plantain isə daha düz formada olub, meyvələri ölçücə banandan daha böyükdür, qalın qabığa və yüksək miqdarda nişastaya malikdir. Plantain banandan daha çox nişastalıdır və şirinliyi daha azdır. Plantain yetişməmiş halda bişirilərək (qızardılaraq), həmçinin yetişmiş halda bişirilmədən istehlak edilə bilər. Bundan əlavə, plantaini şirin, o cümlədən duzlu, qızardılmış yeməklərdə tərəvəz kimi də istifadə etmək olar.

Həmin xüsusiyyətlər nəzərə alınaraq, istehlakçı banan və plantainin oxşar və fərqli cəhətlərinə diqqət yetirərsə, lazım olan məhsulu düzgün seçər. İstehlakçı həm banandan, həm də plantaindən rahatlıqla istifadə edə bilər, çünki hər iki məhsul insan sağlamlığı üçün heç bir risk təşkil etmir.

Qeyd edək ki, Agentlik tərəfindən idxal olunan bütün qida məhsullarına nəzarət həyata keçirilir, ötən il və bu ilin ötən ayları ərzində plantain məhsulunun ölkəmizə gətirilməsi ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv