AQTA logistika şirkətlərinə müraciət edib

Azərbaycandan ixrac olunan bitki və bitkiçilik məhsullarının daşınması sahəsində fəaliyyət göstərən şirkətlər bəzən müxtəlif təsərrüfatlardan, vətəndaşlara məxsus həyətyanı sahələrdən məhsulları toplayaraq yük partiyaları formalaşdırır.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəyan edir ki, qanunvericiliyə əsasən, bitki mühafizəsi tədbirləri həyata keçirilmiş və zərərvericilərdən azad təsərrüfatlardan məhsulların daşınmasına icazə verilir.

Eyni zamanda bu yük partiyaları formalaşdırılmazdan əvvəl logistika şirkətləri tərəfindən həmin təsərrüfatlarla bağlı dəqiq məlumatlar AQTA-ya təqdim olunmalı, Agentliyin müfəttişləri tərəfindən həmin təsərrüfatlara baxış keçirildikdən sonra onların iştirakı ilə məhsul partiyalarının yüklənməsi həyata keçirilməlidir. Əks halda həmin şirkətlərə sertifikatların verilməsindən imtina olunacaq.

COP29