!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Arabesquexana” cərimələndi - TAM SİYAHI

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 441 ictimai iaşə obyektində 729 monitorinq keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 18 ünvanında yerləşən, fiziki şəxs Əlişli Nurlan Nazim oğluna məxsus kafe;

2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1AM ünvanında yerləşən, hüquqi şəxs “Yanar-Dağ” Qapalı Tipli Səhmdar Cəmiyyətinə məxsus kafe;

3. Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Vüqar Rasul oğluna məxsus çay evi;

4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Kazımov Şəhruz İlqar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsi 50 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Rəşad Elman oğluna məxsus “Tadım” dönər evi;

6. Bakı şəhəri, Xətai rayonu‎, Afiəddin Cəlilov küçəsi, ev 27H ünvanında yerləşən, fiziki şəxs Heydərov Zaur Rafael oğluna məxsus çay evi;

7. Bakı şəhəri, Sabunçu rayonu‎, Muxtar Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Zeynalov Rövşən Şahbaz oğluna məxsus dönər evi;

8. Bakı şəhəri, Xəzər rayonu‎, Binə qəsəbəsində yerləşən, fiziki Şəxs Babayev Sədail Sərdar oğluna məxsus “Bağ” kafesi;

9. Bakı şəhəri, Nərimanov Rayonu, M. Cümə‎ küçəsində yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hünbət oğluna məxsus “Sofrası” kafe-restoran;

‎10. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 ünvanında yerləşən, fiziki şəxs Dəmirli Asif Azər oğluna məxsus “Arabesquexana” restoranı;

11. Bakı şəhəri, Nəsimi rayonu, Mərdənov Qardaşları küç., ev 102 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Rövşən Natiq oğluna məxsus kafe;

12. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 145 ünvanında yerləşən, fiziki şəxs Qasımov Rəşad Faiq oğluna məxsus “Qafqaz mətbəxi” kafesi;

13. Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Əliyev Baba Rəvayət oğluna məxsus çay evi;

14. Bakı şəhəri, Nizami rayonu‎, Bəkir Çobanzadə küçəsində yerləşən, fiziki şəxs Mehmanzadə Nahid Natiq oğluna məxsus kafe;

15. Bakı şəhəri, Nizami rayonu‎, Şərifli küç., ev 256 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Səməd oğluna məxsus kafe;

16. Bakı şəhəri, Yasamal rayonu‎, Abdulla Şaiq küçəsi 214 ünvanında yerləşən, fiziki şəxs Adamoviç Zinaida Aleksandrovna oğluna məxsus çay evi;

17. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küç., ev 47 ünvanında yerləşən, fiziki şəxs İbrahimov İlman Rəhbər oğluna məxsus “Ağcabədi” kafesi;

18. Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küç., ev 138A ünvanında yerləşən, fiziki şəxs Səfərov Fuad Roman oğluna məxsus restoran;

19. Abşeron rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən, fiziki şəxs Cavadzadə Mirhüseyn Mirdamat oğluna məxsus “Ləziz” dönər evi;

20. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Dəmirov Rəhim Zahid oğluna məxsus çay evi;

21. Hacıqabul rayonu, Padar kəndində yerləşən, fiziki şəxs Şıxəliyev Şıxəli Hacəli oğluna məxsus çay evi;

22. Göygöl rayonu, Nizami qəsəbəsi, ev 2d ünvanında yerləşən, fiziki şəxs Məmmədova İmmi Hacıəli qızına məxsus çay evi;

23. Tovuz rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Abdullayev Elmir Elçin oğluna məxsus dönər evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv